3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan yığmaları Çennayda medalsız qaldı


  • Offside
  • 14:18 09.08.2022
  • Oxunma sayı: 153
Azərbaycan yığmaları Çennayda medalsız qaldı
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatıb. Corner.az xəbər verir ki, Azərbaycan yığmaları da bu gün sonuncu görüşlərini keçiriblər.
 
Kişilərdən ibarət yığma 11-ci turda Serbiya ilə qarşılaşıb və qələbə qazanıb. Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə Olimpiadanın qalibi olub.
 
Qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşiblər. Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci sırada başa vurub. Ukrayna 18 xalla çempion olub. Eyni xal toplamış Gürcüstan 2-ci, 17 xal qazanmış ABŞ 3-cü yeri tutub.
 
Ümumdünya Şahmat Olimpiadası
11-ci tur
9 avqust
 
Azərbaycan – Serbiya 2,5:1,5
Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç - 1:0
Rauf Məmmədov – Velimir İviç - 0,5:0,5
Qədir Hüseynov – Robert Markus - 0,5:0,5
Vasif Durarbəyli – İvan İvanişeviç - 0,5:0,5
 
Azərbaycan – Gürcüstan 1:3
Günay Məmmədzadə – Nana Dzaqnidze 0,5:0,5
Xanım Balacayeva – Nino Batsiaşvili 0:1
Gövhər Beydullayeva – Lela Cavaxişvili 0,5:0,5
Ülviyyə Fətəliyeva – Meri Arabidze 0:1






Offside