14 dekabr 2025. Bazar günü

İslamiada: Azərbaycan millisi darmadağınla qalib gəldi


  • Offside
  • 20:17 09.08.2022
  • Oxunma sayı: 134
İslamiada: Azərbaycan millisi darmadağınla qalib gəldi
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb. Corner.az xəbər verir ki, yığma B qrupundakı ikinci matçında Əfqanıstan seçməsi ilə qarşılaşıb.
 
Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 43:9 hesablı qalibiyyəti ilə başa çatıb.
 
Xatırladaq ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib.






Offside