14 dekabr 2025. Bazar günü

Araz Naxçıvan'dan Türkiyədə növbəti heç-heçə


  • Offside
  • 22:43 09.08.2022
  • Oxunma sayı: 111
Araz Naxçıvan'dan Türkiyədə növbəti heç-heçə
Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Araz Naxçıvan” növbəti yoxlama görüşünü keçirib. Corner.az xəbər verir ki, Azərbaycan klubunun bu dəfəki rəqibi Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq futbolçusu Ümit Karanın rəhbərlik etdiyi “24 Ərzincanspor” olub.
 
Ötən oyunda olduğu kimi, “Araz Naxçıvan” bu dəfə də meydanı “sülh”lə tərk edib – 3:3. “Qırmızı-ağlar”ın həyətində Söhrab Qoli Fəxrabadi (20-ci dəqiqə), Ayxan Həsənov (26-cı dəqiqə) və Bayraməli Qurbanov (48-ci dəqiqə) fərqlənib.
 
“Araz Naxçıvan” daha öncə “Amasyaspor”la yoxlama oyunu keçirmişdi – 1:1.






Offside