14 dekabr 2025. Bazar günü

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazandı


  • Offside
  • 13:39 10.08.2022
  • Oxunma sayı: 131
İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazandı
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsi səbəb olub.
 
Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.
 
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma avqustun 12-də Mərakeşlə oynayacaq.






Offside