Futbol üzrə Serbiya millisinin və Niderland "Ayaks"ının kapitanı Duşan Tadiç evinin qarşısında naməlum şəxslərin hücumuna məruz qalib. Corner.az xəbər verir ki, hadisə 33 yaşlı yarımmüdafiəçinin avtomobilini park edərkən baş verib. Təcrübəli futbolçu onu iki nəfərin onu izlədiyini görüb.
Maşından düşdükdən sonra dərhal evə doğru qaçan serb oyunçu giriş qapısında tanımadığı şəxslərlə əlbəyaxa olub.
Cinayətkarların əlindən xilas olan futbolçu yaxınlıqdakı hotellərdən birinə sığınıb.
Tadiç hadisə nəticəsində ciddi xəsarət almayıb. Məsələ ilə bağlı cinayət işi açılıb.