24 mart 2026. Çərşənbə axşamı

İslamiada: Azərbaycanın stolüstü tennis yığmasından növbəti qələbə


  • Offside
  • 16:53 10.08.2022
  • Oxunma sayı: 141
İslamiada: Azərbaycanın stolüstü tennis yığmasından növbəti qələbə

Kişi stolüstü tennisçilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V Islam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Corner.az xəbər verir ki, qrup mərhələsinin II turunda Uqanda seçməsi ilə qarşılaşan yığmamız rəqibini 3:0 hesabı ilə məğlub edib.

Kollektiv bu gün son turda Türkiyə ilə görüşəcək.

Qeyd edək ki, qrup mərhələsinin ilk tur oyununda Mavritaniya yığması iştirak etmədiyi üçün Azərbaycana texniki qələbə verilib.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"