28 noyabr 2024. Cümə axşamı

İslamiada: Azərbaycan gimnastı çempion oldu


  • Offside
  • 21:42 11.08.2022
  • Oxunma sayı: 91
İslamiada: Azərbaycan gimnastı çempion oldu
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb. Corner.az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.
 
Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.
 
Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib. Bugünkü nəticələrdən sonra Oyunlarda Azərbaycan gimnastlarının qazandıqları medalların sayı 3-ə çatıb.






Offside