14 dekabr 2025. Bazar günü

İslamiada: Azərbaycan millisi Kameruna məğlub oldu


  • Offside
  • 22:10 11.08.2022
  • Oxunma sayı: 108
İslamiada: Azərbaycan millisi Kameruna məğlub oldu
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib. Corner.az xəbər verir ki, yığmamız A qrupundakı ikinci görüşündə Kamerun seçməsi ilə üz-üzə gəlib.
 
Qarşılaşma Azərbaycanın 0:3 (19:25, 23:25, 15:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb.
 
Xatırladaq ki, milli komanda qrupun ilk oyununda Sudana qalib gəlmişdi – 3:0.






Offside