Azərbaycan taekvondoçusu Minayə Əkbərova 5-ci İslam Oyunlarında gümüş medal qazanıb. Corner.az xəbər verir ki, 46 kq çəki dərəcəsində yarışan idmançımız Alia Besanı (İordaniya), Zukhrakon Tojimatova (Özbəkistan) qalib gələrək finala vəsiqəni təmin edib.
Həlledici qarşlaşmada mərakeşli Sahib Soukainaya məğlub olan taekvondoçumuz yarışın gümüş medalına layiq görülüb.
Beləliklə, 3 gündən sonra taekvondo üzrə Azərbaycan millisinin hesabındakı medalların sayı 5-ə (1-2-2) çatıb. Belə ki, ötən yarış günlərində Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (49 kq) isə bürünc mükafata yiyələnmişdi.