Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında yarımfinala adlayan Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin rəqibi müəyyənləşib. Corner.az xəbər verir ki, bu, dünən A qrupunda meydan sahibi Türkiyəyə 29:42 hesabı ilə uduzmuş Özbəkistan millisidir.
Özbəkistan bununla da yarımfinalda B qrupunun lideri Azərbaycanın rəqibi olub.
Azərbaycan – Özbəkistan görüşü sabah keçiriləcək. Həmçinin həmin gün Türkiyə ilə Kamerun finala çıxmaq üçün mübarizə aparacaq.