Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında 14-cü yeri tutub.
Corner.az xəbər verir ki, 35 yaşlı idmançı 1500 metrlik su məsafəsini 18 dəqiqə 37 saniyəyə başa vurub.
Pevtsov ardınca 40 kilometrlik velodistansiyanı 51 dəqiqə 16 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını triatlonçu 32 dəqiqə 6 saniyəlik nəticə ilə başa vurub.
O, ümumi hesabda 1 saat 43 dəqiqə 1 saniyəlik göstərici ilə 14-cü yerdə qərarlaşıb. 71 idmançının mübarizə apardığı turnirin qalibi fransalı Leo Berjere olub.