- Offside
- 14:15 03.02.2026
Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Corner.az xəbər verir ki, yığma yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi həlledici qarşılaşma Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistanla üz-üzə gələcək. Bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüş İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.