Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb. Corner.az xəbər verir ki, yığmamız bu dəfə Mərakeşə qalib gəlib - 18:11.
Azərbaycanın Sudanla qrupdakı son matçı rəqibin oyuna gəlməməsi üzündən baş tutmayıb və komandamız texniki qələbə alıb.
Bununla da yığmamız 1/4 finala vəsiqəni təmin edib. Bu mərhələdə rəqib İordaniya olacaq.
Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə isə 21:12 hesabı ilə qalib gəlmişdi.