3 fevral 2026. Çərşənbə axşamı

İslamiada: Azərbaycan millisi çempion, Həsənov ikinci oldu


  • Offside
  • 22:10 15.08.2022
  • Oxunma sayı: 108
İslamiada: Azərbaycan millisi çempion, Həsənov ikinci oldu
Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Corner.az xəbər verir ki, yığmamız yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.
 
Azərbaycan millisinin həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan olub. Bu rəqibinə də 45:34 hesabı ilə qalib gələn Azərbaycan sablyaçıları İslamiadanın qalibi olublar.
 
Azərbaycan şpaqaçısı Ruslan Həsənov isə finala qədər irəliləsə də, həlledici dueldə qırğızıstanlı Roman Petrova 12:15 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.






Offside