- Offside
- 23:31 24.03.2026
23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu matçını keçirib.
Corner.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi yığma üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Penaltilər seriyasında 4:3 hesablı qələbə qazanan Azərbaycan yığması İslamiadanın bürünc medalına sahib çıxıb.