Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb. Corner.az xəbər verir ki, kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək finala çıxıb.
Finalda rəqib meydan sahibi Türkiyə olacaq.
Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə Seneqala 3:1 qalib gəlib.
Xatırladaq ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.