- Offside
- 14:29 28.11.2024
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Qadjiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 74 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Ryunosuke Kamiya ilə qarşılaşıb
Rəqibinə "tuşe" ilə qalib gələn Qadjıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə edib.