3 fevral 2026. Çərşənbə axşamı

İslamiada: Azərbaycanın basketbol yığmalarından 1 qızıl, 1 gümüş medal


  • Offside
  • 22:28 17.08.2022
  • Oxunma sayı: 117
İslamiada: Azərbaycanın basketbol yığmalarından 1 qızıl, 1 gümüş medal
Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Corner.az xəbər verir ki, millimiz finalda Mali seçməsi ilə üz-üzə gəlib. 
 
Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib.
 
Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi isə həlledici matçda Seneqal seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.
 
Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub.






Offside