25 mart 2026. Çərşənbə

AÇ: Azərbaycan millisi son oyunda da uduzdu


  • Offside
  • 00:13 21.08.2022
  • Oxunma sayı: 112
AÇ: Azərbaycan millisi son oyunda da uduzdu
 Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində sonuncu oyununu keçirib. Corner.az xəbər verir ki, A qrupunda yer alan yığmamız seçmə mərhələnin son matçında Danimarka kollektivi ilə üz-üzə gəlib.
 
Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn Danimarka millisi sonrakı hissələri də aktivinə yazıb - 25:19, 25:15. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.
 
Yığmamızın yer aldığı A qrupunun birincisi 10 xalla Türkiyə yığması olub. Danimarka 8 xalla ikinci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlini sonuncu pillədə başa vurub.
 
Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
 
AÇ-2023-ün təsbifat mərhələsi
A qrupu 
20 avqust 
 
Danimarka - Azərbaycan 3:0 (25:19, 25:19, 25:15)






Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"