- Offside
- 14:29 28.11.2024
Azərbaycanın futzal üzrə iki FIFA referisi UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar alıb.
Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hikmət Qafarlı 24 - 29 avqustda İsveçrənin paytaxtı Berndə yerli “Futsal Minerva”, “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San Marino) komandalarının yer aldığı D qrupunun görüşlərini idarə edəcək.
Knyaz Əmiraslanov isə “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı F qrupunun matçlarında iş başında olacaq. Bu qrupun qarşılaşmaları 23 - 28 avqustda Türkiyədə gerçəkləşəcək.