29 noyabr 2024. Cümə

Dünya çempionatına 9 cüdoçu ilə


  • Offside
  • 13:17 22.08.2022
  • Oxunma sayı: 98
Dünya çempionatına 9 cüdoçu ilə
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 24-28 avqustda yeniyetmə cüdoçular arasında dünya çempionatı keçiriləcək. Corner.az xəbər verir ki, bununla əlaqədar yarışda iştirak edəcək yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvləri avqustun 8-dən 13-dək Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışına qatılıb.
 
Gürcüstanın yeniyetmələrdən ibarət komandası ilə yanaşı Qazaxıstan və Kiprdən olan idmançılarla birgə baş tutan hazırlıq prosesində yeniyetmə cüdoçularımıza baş məşqçi Rüstəm Alimli və məşqçi Emin İskəndərov rəhbərlik edib. Bunun ardınca cüdoçularımız Bakıda “Cüdo-2012” klubunun idman zalında mötəbər yarışa hazırlığı davam etdiriblər.
 
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu milli yığmanın düşərgəsini ziyarət edərək hazırlıq prosesini yaxından izləyiblər, idmançılarımızın hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 
 
Bu gün dünya çempionatında iştirak üçün yeniyetmələrdən ibarət milli komandanın üzvləri Bosniya və Herseqovinaya yola düşüblər. Onlar 24-27 avqustda fərdi yarışlarda, 28 avqustda isə komanda yarışında iştirak edəcəklər.
 
Baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi altında çıxış edəcək idmançılarımızı sizə təqdim edirik:
 
-50 kq
Məhəmməd Məmişov
 
-55 kq
Şahin Oruczadə
 
-60 kq
Nizami İmranov
 
-66 kq
Əbil Yusubov
Nicat Nağıyev
 
-73 kq
Əli Hacızadə
Nahid Tarquliyev
 
-81 kq
Camal Bağışov
 
+90 kq
Ramazan Əhmədov






Offside