25 mart 2026. Çərşənbə

Futbol matçı həyəcan siqnalına görə 3 dəfə dayandırıldı - Ukraynada


  • Offside
  • 21:45 24.08.2022
  • Oxunma sayı: 132
Futbol matçı həyəcan siqnalına görə 3 dəfə dayandırıldı - Ukraynada
Futbol üzrə Ukrayna Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün keçirilmiş “Rux” - “Metallist” oyunu yarımçıq dayandırılıb. Corner.az xəbər verir ki, buna oyunun keçirildiyi Lvovda hava həyəcanı siqnalının işə düşməsi səbəb olub.
 
Futbolçular, məşqçilər korpusu və stadionun bütün işçiləri dərhal arenadakı sığınacağa toplaşıblar. Həmin vaxt qarşılaşmada hesab bərabər olub - 1:1. Baş hakim görüşü birinci hissənin əlavə olunmuş dəqiqələrində dayandırıb.
 
Oyun müəyyən fasilədən sonra bərpa edilsə də, ikinci hissənin əvvəlində (51) və matçın sonlarında (77) daha iki dəfə həyəcan siqnalı işə düşüb və matçda  yenə fasilə yaranıb. Fasilələr 1 saatdan çox çəksə də matçı yekunlaşdırmaq mümkün olub. Sonda “Metallist”  səfərdə “Rux” üzərində 2:1 hesablı qələbəyə sevinib.






Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"