Türkiyəli idman jurnalisti, “Sabah” qəzetinin köşə yazarı Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib. Corner.az xəbər verir ki, 57 yaşlı idman jurnalisti, “Fənərbaxça”nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, “Qarabağ” Ermənistan komandası deyilmi” söyləyərək, yanlışlığa yol verib.
Verilişdə olan digər qonaq Hüseyin Özkek onun səhvini düzəldib. Bilgiç proqramın gedişində Niderlandın PSV komandasını da təhqir edib. O, Eyndhoven təmsilçisinə “PSV-MSV” deyib.
Bundan başqa, verilişin gedişində Bilgiçin 2024-cü ildən qüvvəyə minəcək Çempionlar Liqasının yeni formatından xəbərsiz olması bəlli olub.
Bilgiç “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etməsi səbəbindən sosial şəbəkədə kəskin tənqidlərə məruz qalıb, belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb “A Spor” telekanalının rəhbərliyindən tələb edilib.