23 noyabr 2024. Şənbə

İlham Zəkiyev finala çıxa bilmədi


  • Offside
  • 14:13 14.05.2019
  • Oxunma sayı: 616
İlham Zəkiyev finala çıxa bilmədi

Azərbaycanın 2 qat paralimpiya çempionu İlham Zəkiyev Bakıda keçirilən paracüdo üzrə Qran-pri turnirində finala yüksələ bilməyib.

Corner.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 39 yaşlı idmançı yarımfinalda Özbəkistan təmsilçisi Şirin Şaripova uduzub. Zəkiyev bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq. 

Qeyd edək ki, İlham Zəkiyev həm də ikiqat dünya və 7 qat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibidir. 







Offside