29 noyabr 2024. Cümə

FİFA Hindistanla bağlı cəzanı ləğv etdi


  • Offside
  • 09:39 27.08.2022
  • Oxunma sayı: 142
FİFA Hindistanla bağlı cəzanı ləğv etdi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünün dayandırılması ilə bağlı qərarını ləğv edib.

Corner.az bu barədə FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

FIFA, həmçinin 17 yaşadək qadınlar arasında dünya çempionatının planlaşdırıldığı kimi Hindistanda keçiriləcəyini təsdiqləyib. Bundan əvvəl FİFA-ya üzvlüyün dayandırılması səbəbindən Hindistanın turnirə ev sahibliyi etmək hüququnu itirmək riski ilə üzləşdiyi bildirilirdi.

Təşkilat avqustun 15-də qurumun üzvlüyünü dayandırıb. Daha sonra Hindistanın “India Today” telekanalı qeyd edib ki, bu qərar federasiyanın keçmiş rəhbəri Praful Patelin vəzifəsini tərk etməkdən imtinasından sonra verilib.







Offside