Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2023-ün seçmə mərhələsində növbəti görüşünü keçirəcək. Corner.az xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edəcək.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Görüşü türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Deyan Rogiçdən ibarət əsas hakimlər idarə edəcək. Qarşılaşma “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.
İlk 2 turdan sonra Azərbaycanın 6 xalı var. Hər iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.
Qruplarda ilk 2 yerin sahibləri AÇ-2023-ə vəsiqə qazanacaq.
AÇ-2023-ün seçmə mərhələsi
D qrupu
28 avqust
18:00. Azərbaycan - Avstriya
Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)
Bakı, Voleybol Mərkəzi.