29 noyabr 2024. Cümə

Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşdi


  • Offside
  • 13:27 30.08.2022
  • Oxunma sayı: 86
Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşdi
Qazaxıstanın Aktau şəhərində keçiriləcək kişi boksçular arasında beynəlxalq turnirin püşkü atılıb. Corner.az xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
 
Komandamızın heyətində yarışın ilk günündə rinqə 4 boksçumuz – Maksud Xasmetov, Əzrək Bəbirov, Niyaməddin Allahverdiyev və Eldar Quliyev çıxacaq.
 
Turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adları sentyabrın 3-də bəlli olacaq.
 
Beynəlxalq turnir, Aktau
 
30 avqust
1/8 final
Maksud Xasmetov (57 kq) – Sukzet Saravut (Tailand)
Əzrək Bəbirov (57 kq) – Oybek Jurayev (Özbəkistan)
Niyaməddin Allahverdiyev (71 kq) – Marqulan Aydaruli (Qazaxıstan)
 
1/4 final
Eldar Quliyev (86 kq) – Ontalap Rəhmanov (Qazaxıstan)
 
31 avqust
1/8 final
Fuad Tarverdi (60 kq) – Nurbolat Bekbayjov (Qazaxıstan)
Ruslan Rüstəmov (63,5) – Pidnuç Xunatip (Tailand)
Cəlal Qurbanov (63,5 kq) – Miras Kanabek (Qazaxıstan)
Fərid Qəribov (80 kq) – Loqin Petrov (Özbəkistan)
 
1/4 final
Həsən Məlikov (48 kq) – Yernar Karap (Qazaxıstan)
Ruslan Qədirov (54 kq) – Samat Jetibayev (Qazaxıstan)/Yerxan Abbas (Qazaxıstan)
Rauf Rəhimov (92 kq) – Adilet Dosimbekov (Qazaxıstan)
 
1 sentyabr
1/4 final
Rüfət Hüseynov (51 kq) – Foziljon Abdumuradov (Özbəkistan)
Mirşərif Kazımzadə (75 kq) – İliyar Aşirov (Qazaxıstan)
Rasim Çobanlı (75 kq) – Dias Moljiqitov (Qazaxıstan)






Offside