3 fevral 2026. Çərşənbə axşamı

Obameyanqın çənəsini sındırıblar


  • Offside
  • 18:33 31.08.2022
  • Oxunma sayı: 123
Obameyanqın çənəsini sındırıblar
Ötən gün “Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanqın evinin qarət edildiyini və futbolçunun döyüldüyünü xəbər vermişdik. Corner.az “The Athletic”ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun qarət nəticəsində çənəsi sınıb. Futbolçunun sağalma vaxtı mümkün əməliyyatla bağlı qərarından asılı olacaq. Qabonlu futbolçunun zədə səbəbindən ən azı bir ay meydana uzaq qalacağı gözlənilir.
 
"Çelsi”nin Obameyanqın zədələnməsinə görə onun mümkün transferində bir az tərəddüd edir.
 
Obameyanq 2022-ci ilin yanvarında azad agent kimi “Barselona”ya keçib.






Offside