25 mart 2026. Çərşənbə

UEFA Emre Belözoğlunu cəzalandırdı


  • Offside
  • 13:27 01.09.2022
  • Oxunma sayı: 156
UEFA Emre Belözoğlunu cəzalandırdı

UEFA Türkiyənin "Başakşehir" komandasının baş məşqçisi Emre Belözoğlunu cəzalandırıb.

Corner.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb 42 yaşlı mütəxəssisin İsrailin "Makkabi" (Netanya) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Pro lisenziyası olmadığı halda, texniki zonada yer alması olub.

UEFA Belözoğlunu lisenziyası olanadək avrokubok matçlarından iştirakdan uzaqlaşdırıb.

İstanbul təmsilçisi bu səbəbdən, 10 min avro cərimələnib. Avropa futbol qurumu İsraildəki cavab görüşünün gec başlaması ucbatından da "Başakşehir"ə eyni məbləğdə cəza kəsib. Belözoğlunun köməkçisi Erdinç Sözerə isə xəbərdarlıq edilib.

Qeyd edək ki, Türkiyədə rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Başakşehir" İsraildə minimal hesablı qələbə qazanıb və qrup mərhələsinə yüksəlib. A qrupunda yer alan komandanın rəqibləri "Fiorentina" (İtaliya), "Harts" (Şotlandiya) və RFŞ (Latviya) olacaq.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"