Türkiyə Futbol Federasiyasının (TFF) binasına silahlı hücum edilib. Corner.az xəbər verir ki, bu barədə “NTV Spor” məlumat yayıb.
Xəbərdə yerli vaxtla 17:50-18:00 aralığında odlu silahdan TFF binasının atəşə tutulduğu vurğulanıb.
Atəş açılan 7 mərmidən birinin prezidentin əyləşdiyi otağa, daha birinin isə idarə heyətinin toplaşdığı otağa tuş gəldiyi bildirilir.
Hücumda ölən və ya yararlananların olmadığı və kamera qeydlərinin araşdırıldığı diqqətə çatdırılıb. Hadisənin kim və kimlər tərəfindən törədildiyi də hələ məlum deyil.