Monteneqronun Herseq-Novi şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə Çempionlar Liqası davam edir. Corner.az xəbər verir ki, sayca beşinci dəfə keçirilən ÇL-də ölkəmizi bu mövsüm “Alfa Fire” liqanın son çempionu “Beerbaşa” komandası təmsil edir.
Təmsilçimiz ötən gün baş tutan ilk turun oyununda Çexiyanın “La Plate de Cünde Praha” komandası ilə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub. Bu gün isə Azərbaycan təmsilçisi Bolqarıstan “DXC Technology” komandası ilə üz-üzə gəlib və 5:1 hesabı ilə qələbə qazanıb. Nəticədə bu komanda avrokuboklarda ilk qələbə və ilk xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tariximizə yazdırıb.
“Beerbaşa” sabah baş tutacaq son turun matçında Rumıniya “AEK Oradea”sı ilə üz-üzə gələcək.