25 mart 2026. Çərşənbə

Real'ın futbolçusunun evini qarət etmək istədilər


  • Offside
  • 09:28 02.09.2022
  • Oxunma sayı: 116
Real'ın futbolçusunun evini qarət etmək istədilər

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Dani Karvahalın evi silahlı şəxslər tərəfindən qarət edilib.

Corner.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 3 soyğunçu 30 yaşlı müdafiəçinin Boadilya del Monte şəhərindəki mənzilinə daxil olub və bu zaman həyəcan siqnalı işə düşdüyü üçün qarətçilər evdən qaçıblar. İspaniyalı oyunçu həmin vaxt evdə olmayıb. Yerli polis məsələni araşdırmağa başlayıb.

Qeyd edək ki, daha əvvəl "Barselona"nı İngiltərənin "Çelsi" klubuna dəyişən Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalmışdı və futbolçunun çənəsi qarətçilər tərəfindən sındırılmışdı.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"