25 mart 2026. Çərşənbə

Azərbaycan komandası ÇL-in 1/8 finalında!


  • Offside
  • 16:28 02.09.2022
  • Oxunma sayı: 151
Azərbaycan komandası ÇL-in 1/8 finalında!
Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" komandası EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanaraq daha bir tarixi nailiyyətə imza atıb. Corner.az xəbər verir ki, "Beerbaşa" Rumıniyanın AEK (Oradya) komandasını 4:0 hesabı ilə məğlub edib.
 
Qolları Elvin Əlizadə, Emin Əliyev, Cəfər Cəfərov və Emil Məmmədov vurub. Bununla da komanda 6 xalla B qrupunun lideri olub və 1/8 finala vəsiqə qazanıb.
 
Xatırladaq ki, "Beerbaşa" ilk turda Çexiyanın "La Plate de Kunde" komandasına 1:2 uduzub. Azərbaycan çempionu daha sonra Bolqarıstanın "DXC Texnoloci" komandasını 5:1 hesabı ilə məğlub edib.






Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"