“Alfa Liqa”nın son finalçısı “Zafar” komandası Astana Futbol Liqasının (AFL) dəvətiylə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən sayca doqquzuncu “Qızıl Payız” turnirində iştirak edir. Corner.az xəbər verir ki, komandamız bu gün qrup oyunlarını başa vuraraq 1/8 finala vəsiqə qazanıb.
E qrupunda yer alan Azərbaycan təmsilçisi əvvəlcə “Jambıl”la (Taraz) qarşılaşıb və 1:2 hesabıyla uduzub. Yeganə qolu Təmraz Əmircanov vurub. İkinci oyunda “Alixan-Akaral” (Aktau) ilə qarşılaşan “Zafar” 4 cavabsız qolla qalib gəlib. Samir Həmzəyevin dubla imza atdığı oyunda digər qolları Təmraz Əmircanovla Asif Zeynalov vurub. Son oyun isə “Alaş”a (Nur Sultan) qarşı olub. Pərviz Qaraxanovun vurduğu yeganə qol “Zafar”a qələbə və növbəti mərhələyə vəsiqə qazandırıb.