3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan karateçisi Premyer Liqada finala yüksəldi


  • Offside
  • 09:23 03.09.2022
  • Oxunma sayı: 124
Azərbaycan karateçisi Premyer Liqada finala yüksəldi
Azərbaycan karateçisi Əminağa Quliyev Bakıda keçlrilən Premyer Liqa turnirində finala yüksəlib. Corner.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində yer alan idmançı yarımfinalda Xristos-Stefanos Ksenosla (Yunanıstan) üz-üzə gəlib.
 
Döyüşdə hesab açılmasa da, qələbə Azərbaycan idmançısına verilib. Əminağa Quliyev sentyabrın 4-də Kərim Aboeitta (Misir) ilə final görüşünə çıxacaq.
 
İslamiadanın mükafatçısı Tural Ağalarzadənin (66 kq) isə bürünc medal qazanmaq şansı var. Onun 1/4 finalda uduzduğu Steven da Kosta (Fransa) finala çıxdığından, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İdmançının rəqibi Hiroki Nakano (Yaponiya) olacaq.






Offside