29 noyabr 2024. Cümə

Dünya çempionatı Rusiyadan alındı, Azərbaycana verildi


  • Offside
  • 13:02 04.09.2022
  • Oxunma sayı: 89
Dünya çempionatı Rusiyadan alındı, Azərbaycana verildi
Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) İcraiyyə Komitəsi 2023-cü ildə atıcılıq üzrə dünya çempionatına ev sahibliyinin Azərbaycana keçməsi barədə qərar qəbul edib. Corner.az xəbər verir ki, bu barədə şənbə günü ISSF-in mətbuat xidməti məlumat yayıb.
 
Rusiyada keçirilməsi nəzərdə tutulan turnirin 14-31 avqust 2023-cü il tarixlərində ölkəmizdə baş tutacaq.
 
30 iyun 2021-ci ildə ISSF Rusiyada keçirilməsi nəzərdə tutulan bütün turnirləri bir il təxirə salmaq qərarına gəlib. Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci ilin dekabrında çıxardığı hökm fonunda qəbul edilib. Məhkəmə Rusiya idmançılarının dünya çempionatlarında və Olimpiya oyunlarında öz ölkələrinin bayrağı altında çıxış etməsinə iki il müddətinə qadağa qoyub, Rusiya ən böyük idman yarışlarına ev sahibliyi etmək iddiası hüququnu itirib.
 
2022-ci il martın 7-də ISSF İcraiyyə Komitəsi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə iştirakını növbəti xəbərdarlıq edilənədək dayandırıb.






Offside