3 fevral 2026. Çərşənbə axşamı

İbrahim çempion oldu, Ramizlə Omid ikinci oldu


  • Offside
  • 22:25 04.09.2022
  • Oxunma sayı: 125
İbrahim çempion oldu, Ramizlə Omid ikinci oldu
Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, seriyanın sonuncu mərhələsində millimizin 3 üzvü fəxri kürsüyə qalxıb.
 
İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.
 
Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu ünvanına sahib çıxıb. Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.






Offside