3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan çempionatının püşkatma tarixi açıqlandı


  • Offside
  • 15:40 05.09.2022
  • Oxunma sayı: 118
Azərbaycan çempionatının püşkatma tarixi açıqlandı

Sentyabrın 13-də futzal üzrə Yüksək Liqada 2022/2023 mövsümünün püşkü atılacaq.

Azərbaycan Futzal Federasiyasından Corner.az-a verilən məlumata görə, Bakı İdman Sarayının mətbuat konfransı otağındakı tədbir saat 12:00-da start götürəcək.

Əsas yarışla yanaşı, Birinci və İkinci Liqaların da püşü atılacaq.

Qeyd edək ki, Yüksək Liqada iştirak üçün 6 komanda - “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Rekord club az”, “Alyans” FK (Lənkəran) və U-19 qeydiyyatdan keçib. Yarışa sentyabrın 26-da start veriləcək.







Offside