3 fevral 2026. Çərşənbə axşamı

Karlsenin imtinasına görə Şəhriyara texniki qələbə verildi


  • Offside
  • 09:25 06.09.2022
  • Oxunma sayı: 115
Karlsenin imtinasına görə Şəhriyara texniki qələbə verildi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour"un sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb. Corner.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə qarşılaşmalı idi.
 
Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.
 
Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.
 
Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.






Offside