25 mart 2026. Çərşənbə

Azərbaycan triatlonçusu dünya reytinqində irəlilədi


  • Offside
  • 17:59 06.09.2022
  • Oxunma sayı: 121
Azərbaycan triatlonçusu dünya reytinqində irəlilədi

Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Valensiya şəhərində keçirilən Dünya Kubokunun növbəti mərhələsində 20-ci yeri tutub.

Azərbaycan Triatlon Federasiyasından Corner.az-a verilən məlumata görə, bu nəticə 35 yaşlı idmançıya qlobal şəxsi reytinqini yaxşılaşdırmaq imkanı yaradıb. O, 6 pillə irəliləyərək, 64-cü pilləyə yüksəlib.

Pevtsov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün reytinqdə ilk 55 idmançı arasında olmalıdır.

Qeyd edək ki, Dünya Kubokunda braziliyalı Manoel Messias qızıl, ispaniyalı Mario Mola gümüş, ABŞ-dan olan Metyu Makelroy isə bürünc medal qazanıb. İlk "onluq"da İspaniyanın 5 təmsilçisi yer alıb.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"