- Offside
- 14:29 28.11.2024
Ukraynanın "Minay" klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev növbəti dəfə bu ölkənin U-21 yığmasına çağırılıb.
Corner.az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotan Slovakiya ilə 2023-cü il Avropa çempionatının pley-off matçları üçün 20 yaşlı yarımmüdafiəçiyə dəvət göndərib.
Bu komandalar arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.
Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur.