Futzal üzrə dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə yoxlama oyunları keçirəcək Azərbaycan millisinin sentyabrın 12-dən 16-dək Bakıda təlim-məşq toplanışı olacaq. Corner.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə və yoxlama oyunlarına 13 futzalçı dəvət edib.
Sezar De Angelis Jonatan, Amir Şocaei və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaq. Oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Komanda səfərə sentyabrın 16-sı gecə saatlarında yola düşəcək.
1. Rövşən Hüseynli - Araz-Naxçıvan
2. Ramiz Çovdarov - Araz-Naxçıvan
3. Emin Kürdov - Neftçi İK
4. Jonatas Felipe “Felipinyo” - Araz-Naxçıvan
5. Xəzər Ağalızadə - Araz-Naxçıvan
6. Amir Şocaei - Bayterek (Qazaxıstan)
7. Hadi Ahmadi - Bayterek (Qazaxıstan)
8. Eduardo Borges - Halle-Gooik (Belçika)
9. Rafael Vilela - Kayrat (Qazaxıstan)
10. Everton Kardozo - Bintang Timur (İndoneziya)
11. Oktay Rüstəmli - Araz-Naxçıvan
12. Sezar De Angelis Jonatan - Ayat (Qazaxıstan)
13. Nurlan Mehdizadə - Neftçi İK