29 noyabr 2024. Cümə

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi


  • Offside
  • 10:21 09.09.2022
  • Oxunma sayı: 117
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Avrokuboklarda ilk tur qarşılaşmaları nəticəsində UEFA reytinqində bəzi dəyişikliklər baş verib.

Corner.az-ın məlumatına görə, cədvəlin ön hissəsində Belçika xalını 31,800-ə çatdıraraq, 9-cu pilləyə yüksəlib. 10-cu pilləyə düşən Avstriya da eyni xala malikdir.

"Qarabağ" iki oyundur məğlub olsa da, Azərbaycanın 14,625 xalla 29-cu pillədəki mövqeyi dəyişməz qalıb. Mahir Emrelinin çıxış etdiyi  "Dinamo" (Zaqreb) komandası Çempionlar Liqasında "Çelsi" üzərində 1:0 hesablı qələbə sayəsində Xorvatiyanın 25,150 xalla 17-ci pilləyə yüksəlməsinin səbəbkarı olub.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un Fransada "Nant"a 1:2 hesabı ilə uduzması səbəbindən, Yunanıstan 24,725 xalla 18-ci pilləyə düşüb.

Digər tərəfdən, xalını 23,700-ə çatdıran Türkiyə 23,250 xala malik İsraili üstələyərək, 20-ci pilləyə yüksəlib.

Qardaş ölkə təmsilçisi "Trabzonspor"u 3:2 hesabı ilə yenən "Ferentsvaroş" Macarıstanın 18,125 xalla 25-ci mövqeyə irəliləməsinə səbəb olub. Rumıniya isə avrokuboklarda iki təmsilçisinin olmasına baxmayaraq, 18,000 xalla 26-cı yerə geriləyib.

Daha aşağı pillələrdə də dəyişikliklər gerçəkləşib. İrlandiya 10,125 xalla 35-ci, Lixtenşteyn 10,000 xalla 36-cı mövqeyə irəliləyibsə, 10,000 xala malik Finlandiya, 9,875 xalı olan Belarus, eləcə də 9,750 xalla kifayətlənən Bosniya və Herseqovina sonrakı 3 pilləyə geriləyib.







Offside