3 fevral 2026. Çərşənbə axşamı

Bakıdakı DÇ-na buraxılmayacaq – Rusiya və Belarus idmançıları


  • Offside
  • 17:32 09.09.2022
  • Oxunma sayı: 130
Bakıdakı DÇ-na buraxılmayacaq – Rusiya və Belarus idmançıları
Rusiya və Belarus paracüdoçuları Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər. Corner.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov yarışa həsr edilmiş mətbuat konfransında açıqlama verib.
 
O bildirib ki, Beynəlxalq Paralimpiya Komitəsinin məlum qərarına əsasən, bu qadağa Azərbaycandakı yarışda da tətbiq olunacaq.
 
Rəhimov qurumun noyabrda baş tutacaq Baş Assambleyasında Rusiya və Belarus idmançıları ilə bağlı məsələnin müzakirə olunacağını söyləyib.
 
Paracüdo üzrə dünya çempionatı 7-9 noyabrda keçiriləcək.
 
 Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlarla qarşılanıb. Daha sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Eyni zamanda, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.






Offside