25 mart 2026. Çərşənbə

Azərbaycan millisi bu gün Avstriya ilə həlledici oyuna çıxır


  • Offside
  • 12:29 10.09.2022
  • Oxunma sayı: 153
Azərbaycan millisi bu gün Avstriya ilə həlledici oyuna çıxır
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2023-ün seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək. Corner.az xəbər verir ki, həlledici qarşılaşmada rəqib Avstriya yığması olacaq. Şvexatda baş tutacaq səfər görüşünə Bakı vaxtı ilə saat 22:25-də start veriləcək.
 
Bu qarşılaşma AÇ-2023-ə vəsiqə baxımından həlledici xarakter daşıyır. Matçın nəticəsinə görə Sloveniyanın ardınca qrup ikincisi olaraq 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksələcək komandanın adı müəyyən olunacaq. 
 
Hazırda 9 xalla D qrupunda 2-ci pillədə yer alan yığmamız final mərhələsinə vəsiqə əldə etmək üçün qələbə qazanmalıdır. 2005-ci ildən başlayaraq Avropa çempionatının final mərhələlərinin daimi iştirakçısı olan millimizin ardıcıl 10-cu dəfə həlledici raunda yüksəlməsi üçün 1 xal da yetərlidir. Avstriya seçməsi isə Azərbaycandan 2 xal geri qalır.
 
Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.
 
Qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AÇ-2023-ün final mərhələsinə yüksələcək. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.






Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"