- Offside
- 14:29 28.11.2024
Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatına yekun vurulub. Corner.az xəbər verir ki, yarışın sonuncu günündə M2 yaş kateqoriyası üzrə mübarizə aparan cüdoçularımız tatamiyə çıxıb.
Onlar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komandamızın aktivinə daha 4 medal əlavə ediblər.
Veteran cüdoçularımız çempionatda ümumilikdə 5 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib. Nəticələrə görə, veteranlarımız çempionatı ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yerdə başa vurub.
M1 yaş kateqoriyası
-73 kq
Nadir Babayev – gümüş medal
-90 kq
Murad Rəcəbli – gümüş medal
-100 kq
Tural Səfquliyev – qızıl medal
+100 kq
Qurban Məmmədli – gümüş medal
M2 yaş kateqoriyası
-73 kq
Məmməd Məmmədov – gümüş medal
-81 kq
Samir İsmayılov – bürünc medal
-90 kq
Mətləb Məmmədov bürünc medal
-100 kq
İntiqam Ələkbərov – qızıl medal
M3 yaş kateqoriyası
-73 kq
Rəşad Quliyev – bürünc medal
-81 kq
Azər Fətullayev – qızıl medal
Zülfüqar Hüseynov – gümüş medal
M4 yaş kateqoriyası
-60 kq
Babək Hacıyev – qızıl medal
-100 kq
Emil Hüseynov – bürünc medal
M5 yaş kateqoriyası
-90 kq
Mübariz Cəfərov – bürünc medal
M7 yaş kayeqoriyası
-90 kq
Fərhad Rəcəbli - qızıl medal