Millimiz Rusiya yığması ilə qarşılaşmaqdan imtina edir. Corner.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumatda, Rusiya Futbol İttifaqı əsas komandaya yoldaşlıq görüşünə rəqib axtarsalar da, bir neçə federasiyanın bundan imtina etdiyi vurğulanıb. Qazaxıstan Futbol Federasiyası ruslardan müraciət alıb, lakin müsbət cavablandırmayıb. Qazaxıstanlılar belə bir matçın onların imicini zərbə altında qoyacağını düşünür.
Özbəkistan Futbol Assosiasiyası Rusiya tərəfinin yoldaşlıq görüşü keçirməyi planlaşdırdığı tarixdə oynamaq istəyir, ancaq başqa rəqiblə.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası isə əsas millinin Valeri Karpinin yetirmələri ilə sınaq görüşü keçirməyi nəzərdə tutulmayıb.
Qeyd edək ki, Rusiya yığması son oyununu 2021-ci il noyabrın 14-də Xorvatiyaya qarşı (0:1) keçirib. Şimal qonşularımız noyabrın 19-da öz meydanında Bosniya və Herseqovina ilə, 24-də isə Bişkekdə Qırğızıstanla yoldaşlıq görüşü keçirmək üçün razılaşıb. Ancaq bosniyalı ulduz futbolçular Edin Dzeko və Miralem Pyaniç həmin qarşılaşmanı boykot ediblər.