3 fevral 2026. Çərşənbə axşamı

Azərbaycan cüdoçuları DÇ-na İtaliyada hazırlaşır


  • Offside
  • 20:26 14.09.2022
  • Oxunma sayı: 117
Azərbaycan cüdoçuları DÇ-na İtaliyada hazırlaşır
Azərbaycan cüdoçuları 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb. Corner.az xəbər verir ki, sentyabrın 12-dən 16-dək İtaliyanın Riççione şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında milli komandanın 14 kişi və 2 qadın cüdoçusu iştirak edirlər.
 
Qeyd edək ki, təlim-məşq toplanışına 34 ölkədən 281 idmançı qatılıb. Hazırlıq prosesində idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
 
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.






Offside