25 mart 2026. Çərşənbə

DÇ; Elis Manolova beşinci oldu


  • Offside
  • 23:05 14.09.2022
  • Oxunma sayı: 144
DÇ; Elis Manolova beşinci oldu
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Corner.az xəbər verir ki, yarışın dördüncü günündə qadınlardan ibarət millimizin iki üzvü mübarizəyə qoşulub.
 
Leyla Qurbanova (53 kq) 1/8 finalda moldovalı Yuliya Leordaya qalib gəlib - 5:1. Həmyerlimiz 1/4 finalda monqolustanlı Xulan Batxuyaqla qarşılaşıb və ciddi zədə aldığı üçün görüşü davam etdirə bilməyib.
 
Mundiala 1/4 finaldan başlayan Elis Manolova (65 kq) çinli Jia Lonqa məğlub olub - 3:6. Rəqib finala yüksəldiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Aslı Demirlə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (5:5) rəqibini üstələyən Manolova bürünc medal uğrunda görüşdə fransalı Kumba Larroke ilə qarşılaşıb və minimal fərqlə (2:3) uduzaraq 5-ci yerlə kifayətlənib.






Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"