AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Corner.az xəbər verir ki, AFFA rəsmiləri millimizə Avropa çempionatının seçmə mərhələsində keçirəcək oyunlarda uğurlar arzulayıb.
Komandanın baş məşqçisi Miloş Velebit AFFA rəsmilərinə təşəkkür edib, seçmə mərhələdə uğurlu nəticə əldə etmək üçün çalışacaqlarını bildirib. Görüşdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.
Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində sentyabrın 21-də Bolqarıstan, 24-də Türkiyə, 27-də isə Lüksemburq yığması ilə qarşılaşacaq.